Türkiyə Rusiyadan “C-400“ zenit-raket kompleksləri almaq niyyətindədir

Türkiyə Rusiyadan “C-400“ zenit-raket kompleksləri almaq niyyətindədir backend

Türkiyə orta və uzaq mənzilli "C-400" zenit-raket komplekslərinin satın alınması üçün Rusiya ilə danışıqlar aparır.


NTV telekanalının verdiyi məlumata görə, bunu Türkiyənin müdafiə naziri Fikri İşıq deyib. O bildirib ki, danışıqlar tək Rusiya ilə deyil, digər ölkələrlə də aparılır: “Hazırda Rusiyanın bu məsələ ilə bağlı mövqeyi müsbətdir. Ümid edirəm ki, NATO-ya üzv ölkələr buna ciddi yanaşacaqlar və bizim sistem alyansın tələblərinə uyğun olacaq. Yekun məqsədimiz bu sistemi özümüzdə istehsal etməkdir”.