İraqda kamikadze özünü toy mərasimində partlatdı, 12 nəfər öldü

İraqda kamikadze özünü toy mərasimində partlatdı, 12 nəfər öldü backend

Bağdad yaxınlığında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Qaziler.az-ın “Röyters”ə istinadən verdiyi xəbərə görə, kamikadze minalamış avtomobili toy mərasimi keçirilən əraziyə sürərək partladıb. Qonaqlar arasında yerli hakimiyyət orqanlarının nümayəndələrinin olduğu bildirilir.

Partlayış Fəllucə şəhərinin cənubundakı Əmiriyyə rayonunda törədilib.