Avropa İttifaqı Türkmənistan qazını gözləyir

Avropa İttifaqı Türkmənistan qazını gözləyir backend

Avropa İttifaqı (Aİ) Türkmənistanla enerji əməkdaşlığının genişləndirilməsində olduqca maraqlıdır.

Qaziler.az Trend-ə istinadən bildirir ki, bunu cümə axşamı jurnalistlərə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib.

Onun sözlərinə əsasən, Türkmənistan Avropa bazarlarına tədarük edə biləcək böyük həcmdə qaz ehtiyatlarına malikdir: "Hazırda Aİ, Azərbaycan və Türkmənistan arasında danışıqlar davam edir. Söhbət Transxəzər boru kəmərinin tikinti layihəsindən gedir. Layihə Türkmənistan qazını "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində yaradılacaq infrastruktura qoşmağa imkan verəcək".

"Türk axını"na gəlincə, Aİ nümayəndəsi qeyd edib ki, Aİ Avropaya qaz tədarükü marşrutlarını şaxələndirməyə imkan verəcək bütün layihələrə maraq göstərir.

Diaspora