Putin azərbaycanlı milyarderə təklif etməyib - PESKOV

Putin azərbaycanlı milyarderə təklif etməyib - PESKOV backend

Rusiya Prezidenti Vladimir Putin “Lukoyl” şirkətinin rəhbəri Vahid Ələkbərova “Rosneft”in özəlləşdirilməsində iştirakını təklif etməyib. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib.


Qeyd edək ki, bundan öncə “Rosneft” şirkətinin 19,5% səhmi özəlləşdirməyə çıxarılıb. Sonradan Ələkbərov özəlləşmədə iştirak etməyəcəyini və “Lukoyl” üçün əsas prioritetlərdən birinin “Başneft” şirkəti olacağını açıqlayıb.

"Başneft" Rusiyanın 10 ən böyük şirkətindən biri hesab edilir. Burada dövlətin payı 50+1%, Başqırdıstan hökumətinin payı isə 25+1%-dir.