SSRİ ölkədə zəruri tələbat mallarının olmaması ucbatından süqut etdi. Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko söyləyib. Onun sözlərinə görə, Belarus SSRİ-nin səhvlərini buraxmamalıdır:
“Sovet İttifaqının süqutunun səbəbi nə idi? Əlavə heç bir şey fikirləşməyin, sadəcə, yuyucu toz çatışmırdı. Mən növbədə duran qadınlara baxanda yazığım gəlirdi. Biz gündəlik məsələlərlə maraqlanmalı və nəhayət ki, SSRİ-nin səhvini düzəldərək əhalinin bütün ehtiyaclarını yerinə yetirməliyik”.