Peşmərgə Mosul aeroportunu ələ keçirdi

Peşmərgə Mosul aeroportunu ələ keçirdi backend

Peşmərgə qüvvələri Mosul əməliyyatları zamanı şəhərin ən strateyi nöqtəsi sayılan mərkəzi aeroportu ələ keçirib. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı peşmərgə qüvvələrinin nümayəndəsi məlumat verib:

"İraq ordusu və peşmərgə İŞİD terrorçularını Telafər aviabazasının ərazisindən çıxara biliblər. Mosul beynəlxalq aeroportu da bu ərazidə yerləşir. Telafər aviabazası Suriyaya gedən magistralın yaxınlığında, Mosul şəhərindən 60 kilometr şimalda yerləşir".