Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, internet-mağazanın təsis edilməsi üçün ən perspektivli ölkələrin adı açıqlanıb.
İllik qlobal onlayn ticarət reytinqinə əsasən, Avropada internet biznesinin təsis edilməsi üçün daha perspektivli ölkələr Böyük Britaniya, Almaniya və Fransadır. Lakin bu qiymətləndirmə elektron ticarət bazarının miqyasından asılıdır.Bildirilir ki, Belçika, Danimarka və İspaniya kimi kiçik ölkələr liderlər kimi bir o qədər də güclü təsirə malik olmasalar da, reytinqdə ildən-ilə artım nümayiş etdirirlər. Dünyada perspektivlik səviyyəsinə görə böyük bazarlar - ABŞ, Çin və Yaponiya liderdir.
Avropa ölkələrində liderlər onluğuna Böyük Britaniya, Almaniya və Fransa daxildir. Bununla yanaşı, ekspertlərin fikrincə, Böyük Britaniyada elektron ticarətin həcminin artması yaxın illərdə zəifləyəcək, Almaniya və Fransada bundan sonra da yüksək göstəricilər qeydə alınacaq. Beləliklə, Avropada internet biznesinin açılması və ya genişləndirilməsi zamanı bu göstəricilər nəzərə alınmalıdır, - "Payspacemagazine” yazır.