QAZİLER.AZ saytı Milliyyet.com.tr-a istinadən xəbər verir ki, hidrometroloqlar İstanbul və Mərmərənin şərqində qüvvətli fırtına və davamlı yağış xəbərdarlığı verib. Kütahyada da davam edən qar yağışı cümə günü günortadan sonraya qədər davam edəcək. Boluda yağan güclü qar isə yollarda tıxacların yaranmasına səbəb olub.
Hidrometroloqların verdiyi məlumata görə, Mərmərəyə 25-50 millimetr arasında düşən yağışların yağması gözlənilərkən güclü küləklə müşayiət olunan yağış həyatı iflic halına sala bilər. Bunun üçün də vətəndaşlara diqqətli olmaları haqqında xəbərdarlıq edilib.Həmçinin İstanbul, Kocaeli, Sakarya və Yalovada sabah səhər saatlarında başlayacaq yağışın, gecəyə qədər aramsız davam edəcəyi bildirilib.
Qeyd edək ki, hidrometroloqlar vətəndaşları fırtınanın və güclü yağışların medyana gətirə biləcəyi fəsadlara qarşı tədbirli olmağa çağırıb.