İŞİD yaraqlısı prezidentin 2 mühafizəçisini və 4 mülki şəxsi öldürdü

İŞİD yaraqlısı prezidentin 2 mühafizəçisini və 4 mülki şəxsi öldürdü backend

“İslam dövləti” terror təşkilatının yaraqlıları tərəfindən Əfqansıtanın paytaxtı Kabil şəhərində törədilən partlayış nəticəsində altı nəfər ölüb.

Qaziler.az xəbər verir ki, terrorçu-kamikadze motosikletdə Əfqanıstan prezidentinin təhlükəsizliyini təmin edən xüsusi təyinatlıların mikroavtobusuna yaxınlaşıb.

Yolda tıxacın olmasından istifadə edən yaraqlı üzərindəki bombanı işə salıb. Partlayış nəticəsində güc strukturların iki əməkdaşı və daha dörd mülkü şəxs ölüb, 13 nəfər isə yaralanıb.

Terror hadisəsinə görə məsuliyyəti öz üzərinə İŞİD qruplaşması götürüb.