2017-ci ildə bu ölkələrə getmək çox təhlükəli sayılır - SİYAHI

2017-ci ildə bu ölkələrə getmək çox təhlükəli sayılır - SİYAHI backend

International SOS və Control Risks kompaniyalarının mütəxəssisləri müxtəlif ölkələrə səfər zamanı insanların sağlamlıq və təhlükəsizliyinə yarana biləcək qlobal riskləri qiymətləndiriblər.

Onlar bununla bağlı xəritə də tərtib ediblər. Bu xəritədə müxtəlif ölkələrə səyahət zamanı təklükənin səviyyəsi əks olunub.

Sözügedən xəritəyə görə, ekspertlərin fikrincə, Şimali Koreya, Əfqanıstan, Suriya, İraq, Liviya, Nigeriya, Burkina-Faso, Somali, Yəmən, Cənubi Sudan, Qvineya Respublikası, Syerra-Leona, Haiti və Qayanaya səyahət etmək olduqca təhlükəli sayılır. Xəritədə bu ölkələr qırmızı rəngdə göstərilib.

Təhlükəsiz "oazis" olaraq yaşıl rəngdə Kanada, ABŞ və Qərbi və Cənubi Avropa ölkələri verilib.

Şərqi Avropa ölkələrində, Kosovodan başqa təhlükəsizlik orta səviyyədə qiymətləndirilir. Kosovada təhlükə səviyyəsi yüksəkdir. Həmçinin, Avstraliya, CAR və Yaponiyaya səfər təhlükəsiz hesab edilir.

Rusiya bu xəritədə qəhvəyi rəngdə verilib. Bu o deməkdir ki, burada vəziyyət yekcins deyil. Yəni təhlükə səviyyəsi dəyişkəndir.

International SOS и Control Risks əməkdaşlarının rəyinə görə, Çində, Qazaxıstanda, Hindistanda, İranda, Braziliyada, Argentinada və İndoneziyada da oxşar vəziyyətdir.

Qaziler.az