Rusiyanın müasir dəniz qırıcısı Su-30SM ilk uçuşunu həyata keçirib. Axar.az xəbər verir ki, müasir təyyarə "İrkut” koorporasiyasında Rusiya Hərbi Dəniz Donanmasının dəniz aviasiyası üçün hazırlanıb.
Təyyarə Baltik donanmasının 72-ci aviasiya bazasının Çernyaxovsk aerodromunda yerləşdiriləcək.Su-30SM Kalininqrad vilayətinin sahil aviasiyasının Su-24M və Su-24MR təyyarələrini əvəz edəcək.
Hazırda Rusiya Hərbi Dəniz Donanması 28 ədəd Su-30SM sifariş edib. Onların 10-u 2014-2016-cı illərdə istehsal olunub. Müqavilənin tam yerinə yetirilməsi 2020-2021-ci illərdə başa çatacaq.
4++ nəsil modernləşdirilmiş çoxhədəfli Su-30SM qırıcısı hədəfi gecə və gündüz, çətin hava şəraitlərində məhv etmək üçün nəzərdə tutulub.