ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın birinci həyat yoldaşı İvana Tramp səfir olmaq istəyir. O, bunu “New York Post" qəzetinə açıqlamasında deyib.
İvana Tramp ABŞ-ın Çexiyada səfiri olmaq istədiyini söyləyib: “Mən çexiyalıyam. Dilini də bilirəm. Hamı məni tanıyır. Təkcə ABŞ-da deyil, bütün dünyada tanınram. Üç kitab yazmışam. Onlar 40 ölkədə 25 dilə tərcümə edilib. 2017-ci il yanvarın 20-dək Donald Trampa yardım edəcəyəm. Üç övladım - İvanka, Donald Erik və kürəkənim Jared Kuşner onun müvəqqəti komandasındadır. Qızımız İvanka Tramp Ağ evdə rəsmi vəzifə tutmayacaq. O, atasının şirkəti ilə bağlı işlərlə məşğul olacaq”.Donald Trampın keçmiş həyat yoldaşı Çexiyada səfir olmaq istəyir

