QAZİLER.AZ saytı Milliyyet.com.tr-a istinadən xəbər verir ki, qar Türkiyənin bəzi vilayətlətini yenə öz əsarətinə alıb. Dünən axşamdan başlayan və gecə boyu şiddətlə davam edən qar Türkiyənin Afqonqarahisar-Antalya Karayolunu bağlayıb. Hündürlüyü 15 sm-ə çatan qar tranzit yolunun bağlanmasına səbəb olub. Güclü qar həmçinin avto-qəzalar da yaradıb.
Uzunluğu 8 km-ə çatan tıxacdan çıxa bilməyən insanların köməyinə Arama-Kurtarma Dərnəyinin üzvləri gəlib. Onlar sürücələrə maye yanacaq, ərzaq, ədyal və ehtiyacı olanlara uşaq bezləri paylayıblar.