Timoşenko Kremlə işləməkdə ittiham olundu

Timoşenko Kremlə işləməkdə ittiham olundu backend

Ukraynanın keçmiş baş naziri Yulia Timoşenkonun rəhbəri olduğu “Yulia Timoşenkonun Bloku” və Oleq Tyabnikovun lideri olduğu Azadlıq Partiyası Rusiyanın xeyrinə çalışmaqda ittiham olunub.

Publika.az “RBK-Ukrayna” agentliyinə istinadən xəbər verir ki, baş nazir Arseniy Yasenyukun lideri olduğu “Xalq Cəbhəsi” Partiyasından olan millət vəkilləri sözügedən siyasi qüvvələrə etiraz olaraq Ali Radada aksiya təşkil edib.

“Xalq Cəbhəsi”ndən olan deputat Anton Qeraşenko çıxışında hər iki partiyanı Rusiya prezidenti Vladimir Putin üçün işlədiyini bildirib. “Xalq Cəbhəsi”nin təmsilçiləri olan deputatlar Ali Radanın kürsüsü qarşısında etiraz nümayişi keçirib. Nümayiş zamanı bəzi millət vəkilləri Ali Radanın zalından “Yulia Timoşenkonun Bloku” və Azadlıq Partiyasının əleyhinə şüarlar səsləndiriblər.

Qeyd edək ki, Azadlıq Partiyasının üzvləri dünən parlament qarşısında aksiya təşkil edərək bəzi hökumət üzvlərinin yol verdiyi sui-istifadə hallarının araşdırılmasını tələb edib.
Diaspora