Türkiyə ABŞ-dakı vətəndaşlarına xəbərdarlıq etdi

Türkiyə ABŞ-dakı vətəndaşlarına xəbərdarlıq etdi backend

Türkiyə XİN-i Amerikada yaşayan və bu ölkəyə səfər etməyi planlaşdıran vətəndaşlarına ABŞ-da prezident seçkilərinin nəticələrinə qarşı etiraz aksiyaları ilə bağlı mümkün risklər barədə xəbərdarlıq edib.

Qaziler.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-in məlumatında bildirilir.

Məlumatda aksiyalar zamanı iğtişaşların, zorakılıq hallarının baş verdiyi qeyd olunub: “Etirazçılar vaxtaşırı polislə münaqişəyə girir, onlardan bir neçəsi saxlanılıb. Portlenddəki etiraz aksiyası polis tərəfindən qiyam kimi qiymətləndirilib. Həmçinin əcnəbilərə hücum halları qeydə alınıb”, - deyə məlumatda vurğulanıb.

Bununla bağlı Türkiyə XİN-i vətəndaşlarına ehtiyatlı olmağı tövsiyə edib, insidentlər zamanı hadisə barədə polis şöbəsini məlumatlandırmağa çağırıb.