Pakistanda məscidin partladılması nəticəsində 30-dan çox adam ölüb

Pakistanda məscidin partladılması nəticəsində 30-dan çox adam ölüb backend

Pakistanın cənubunda məsciddə partlayış törədilib, nəticədə 30-dan çox dindar ölüb.

APA-nın “RİA Novosti”yə istindən verdiyi xəbərə görə, partlayış Kəraçi əyalətində yerləşən məbədin daxilində dini ayin keçirilən zaman baş verib. Partlayış baş verən an məsciddə 500-dən çox dindar olub.

Terror aktı nəticəsində azı 100 nəfər yaralanıb.