Yəmən müharibəsi əhatə dairəsini genişləndirə bilər.
Qaziler.az ATV.az saytına istinadən xəbər verir ki, İran hərbi donanmasına məxsus iki gəmi Ədən körfəzinə doğru yola çıxıb. Bu barədə İran Hərbi Dəniz Qüvvələrinin komandiri, kontr-admiral Həbibullah Səyyari bildirib. O qeyd edib ki, Alborz dağıdıcı gəmisi və Buşehr köməkçi gəmisi Ədən kötfəzinə göndərilib:"Hərbi gəmilər İranın gəmiçiliyininin təhlükəsizliyini təmin etmək və açıq dənizdə İranın maraqlarının qorunması missiyası üçün göndərilib".
Bir çox siyasi analitiklər İranın bu qərarının bölgədəki hərbi münaqişəni daha da alovlandıracağı, Səudiyyə Ərəbistanı ilə dəhşətli müharibəyə səbəb ola biləcəyi haqqında fikirlər söyləyirlər.