ABŞ prezidenti Barak Obama 8 ildir yaşadığı "Ağ Ev"dən köçərək yerini yeni prezident Donald Trampa verəcək.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, təxminən 2 ay sonra Obama və ailəsi iki il əvvəl Vaşinqtonda aldıqları evə köçəcəklər.Barak bu evi Bill Klintonun mətbuat xidmətinin başçısı Co Lokartdan alıb. 1928-ci ildə tikilən evin üst mərtəbəsində Obamanın iş otağı yerləşir. Ümumilikdə 9 yataq otağı, 8 hamamı ev olan ev 5.3 milyon dollara alınıb.
Obamanın Vaşinqtonda qalmasına səbəb 14 yaşlı qızı Saşanın təhsilidir.