Qaziler.az AZƏRTAC-a istinadən bildirir ki, Fransa prezidenti Fransua Olland ölkəsinə iki günlük dövlət səfərinə gələn tunisli həmkarı Beji Kaid əs-Sebsi ilə görüşüb.
Yelisey sarayında keçirilən görüşdə prezidentlər Fransa ilə Tunis arasında iqtisadi sahədə əməkdaşlıq, təhlükəsizlik və beynəlxlaq terrorizmlə mübarizə məsələlərini müzakirə ediblər.Səfər çərçivəsində Tunis prezidentinin Fransanın baş naziri Manuel Vallsla görüşündə martın 18-də Bardo muzeyində törədilən terror aktı pislənilib, müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Görüş zamanı prezident Beji Kaid əs- Sebsi Fransanın ticarət sahəsində Tunisin birinci tərəfdaşı olduğunu, ölkəsinin müəyyən problemlərinin həllində yaxından iştirak etdiyini, hər iki ölkənin xalqları arasında dostluq əlaqələrinin getdikcə möhkəmləndiyini diqqətə çatdırıb.