Tramp Putinlə telefonla danışmaq istəyir

Tramp Putinlə telefonla danışmaq istəyir backend

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp bildirib ki, tezliklə rusiya lideri Vladimir Putinlə telefon danışığı keçirməyi planlaşdırır.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, Tramp "Wall Street journal"a verdiyi müsahibəsində deyib ki, "Mən Putindən gözəl məktub almışam və tezliklə aramızda telefon danışığı olacaq".

Qeyd edək ki, Tramp noyabrın 8-də ABŞ-ın prezident seçkilərinin qalibi olub.