Aprelin 8-də Livan kəşfiyyatı ölkənin Suriya ilə sərhədində 2 İŞİD liderini həbs edib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Livanın müdafiə nazirliyinin açıqlamasında bildirilir.“Ordu qüvvələrinin köməyi ilə kəşfiyyat patrulu bir neçə maddə üzrə axtarışda olan suriyalı Nabil Əl-Saddik və livanlı Əli Əyubu yaxalayıb”, açıqlamada qeyd olunur.
Livan KİV-lərinin məlumatına əsasən, yaxalananlar “İŞİD” terror təşkilatının liderləri arasındadırlar. Onların başçılıq etdiyi dəstələr mütəmadi olaraq Livan-Suriya sərhədindəki postlara və yaşayış məntəqələrinə hücum edirlər.