“Google” şirkəti bu günlərdə bütün dünya üzrə 2 milyard istifadəçinin “Ghrome” brauzerini yüklədikləri ilə bağlı hesabatını təqdim edib. İKT.lent.az-ın “vladtime.ru” saytına istinadən məlumatına görə, bu brauzer “Chromium” proqram təminatı bazası və “Brink” prosessoru üzərində tərtib edilib.
Transmilli korporasiya hazırda neçə nəfərin brauzerin masaüstü kompüter versiyasından istifadə etdiyini dəqiq bildirməyib. Ancaq bu ilin aprel ayında “Chrome”un mobil versiyası üçün bu göstərici 1 milyard nəfəri keçirdi.
“Google” bildirir ki, onun sərəncamında 7 kompüter məhsulu var ki, onlara olan tələbat da 1 milyard istifadəçini keçir. Bura “Android” əməliyyat sistemləri nəzərdə tutulmuş onlayn oyun və əlavələr mağazası olan “Google Play”, əməliyyat sisteminin özü, axtarış proqramı, “Youtube” video hostinqi, “Chrome” brauzeri, “Gmail” elektron poçt xidməti və “Google Maps” kartoqrafik xidməti daxildir.
“StatCounter” şirkəti tərəfindən keçirilən tədqiqata əsasən, bu ay adıçəkilən brauzer internetə daxil olmaq üçün istifadə olunan bütün brauzerlər arasında 52 faiz paya malik olub.