Türkiyənin Samsun vilayətindəki şin zavodunda yanğın baş verib. Trend-in məlumatına görə, hadisə nəticəsində zavodun 3 işçisi xəsarət alıb.
Daha 5 işçinin isə dəm qazından zəhərləndiyi bildirilir.Hazırda yanğın söndürülüb. Hadisənin təfərrüatları hələ məlum deyil.