Tramp işə başlayan kimi nə edəcəyini açıqladı

Tramp işə başlayan kimi nə edəcəyini açıqladı backend

"İşə başlayan kimi səhiyyə və immiqrasiya məsələləri ilə ciddi məşğul olmağa başlayacağam". Milli.az bildirir ki, ABŞ-da keçirilmiş prezident seçkilərində qalib gəlmiş respublikaçı Donald Tramp dünən Konqresin Nümayəndələr Palatasının spikeri Pol Rayanla görüşdən sonra belə deyib.


Rayanın ofisində jurnalistlərin qarşısında çıxış edən Tramp deyib: "Bildiyiniz kimi, vergiləri də azaltmaq niyyətindəyik. Düşünürəm ki, amerikalılar üçün çox möhtəşəm işlər görəcəyik".