Səfir: Türkiyə diasporu ABŞ-da aksiyaları davam etdirəcək

Səfir: Türkiyə diasporu ABŞ-da aksiyaları davam etdirəcək backend

ABŞ-dakı Türkiyə diasporu aprelin 24-də qondarma "erməni soyqırımı"nın təbliğatına qarşı aksiyalar keçirəcək. Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin ABŞ-dakı səfiri Sərdar Kılıç deyib.

Onun sözlərinə görə, etiraz aksiyalarında ABŞ-ın müsəlman icmalarının nümayəndələrinin iştirakı da gözlənilir. Səfir qeyd edib ki, ABŞ-da ölkənin Türkiyə ilə əlaqələrini korlamaq istəyən qüvvələr var, lakin bu əlaqələrin inkişafını dəstəkləyən qüvvələr də mövcuddur: "ABŞ-ın türk icması bu təbliğata qarşı çıxmaq üçün hər cür səy göstərəcək".

Xatırladaq ki, Türkiyənin diaspor təşkilatları aprelin 5-də ABŞ-ın Vaşinqton, Nyu York şəhərlərində, həmçinin Texas və Massaçusets ştatlarında ermənilərin 1915-ci il qondarma "soyqırım" təbliğatları ilə əlaqədar etiraz aksiyalarına başlayıb.
Diaspora