ABŞ-da keçirilən seçkilərdə Donald Trampın prezident seçilməsi Meksikada siyasi və iqtisadi gərginlik yaradıb. BakiPost.az yerli KİV-lərə istinadən xəbər verir ki, Meksika hökuməti Trampın seçkiqabağı bu ölkə ilə bağlı etdiyi çıxışlardan narahat olmağa başlayıb. Belə ki, ABŞ-ın hazırki prezidenti təbliğat-təşviqat kampaniyası zamanı Meksika ilə sərhədə divar sədd çəkdirəcəyini, pulunu isə hər iki dövlət arasında bölüşdürəcəyini demişdi.
Trampın prezident seçilməsi isə rəsmi Mexikoda "sədd gərginliyi” yaradıb. Hətta meksikalı rəsmilər "Biz düşünürdük ki, Hillari Klintonun partiyası qalib gələcək, biz isə bunu barbekyu ilə qeyd edəcəyik. Lakin planlarımız alt-üst oldu”, -deyə şərh ediblər.Bu hal Meksika birjasına da təsir edib. Amerika KİV-lərinin verdiyi məlumatda bildirilir ki, 100 peso əvvəl 0,63 dollar idisə, bu gün 100 peso 0,50 dollardır. Yerli əhali pesonun dəyərinin daha da aşağı düşəcəyini ehtimal edirlər. Meksika hökuməti isə bu barədə hər şeyin nəzarət altına alınacağını, Trampın prezident seçilməsindən məyus olmadıqlarını açıqlayıblar.