“Aksiyaları sabiq Baş nazir və deputatlar maliyyələşdirir”

“Aksiyaları sabiq Baş nazir və deputatlar maliyyələşdirir” backend

Ukrayna Təhlükəsizlik Xidməti: Sabitliyi pozmağa yönələn aksiyaları sabiq Baş nazir və deputatlar maliyyələşdirir

“Ukraynada sabitliyi pozmağa yönələn aksiyalar üçün maliyyə dəstəyi birbaşa olaraq sabiq Baş nazir Nikolay Azarov, keçmiş xalq deputatları Oleq Tsarev və Vladimir Oleynik tərəfindən göstərilir”.

Trend-in “112.ua” saytına istinadən verdiyi məlumata görə, bunu Ukrayna Təhlükəsizlik Xidmətinin müşaviri Markiyan Lubkivski brifinq zamanı bildirib.

O, qeyd edib ki, istər Ukrayna paytaxtı, istərsə də digər şəhərlərdə sabitliyi pozmaq üçün təşkil olunan bütün aksiyalara görə maliyyə vəsaiti qabaqcadan ödənilib: "Və bu gün bildiririk ki, bu aksiyaların maliyyə vəsaiti birbaşa olaraq sabiq Baş nazir Nikolay Azarov, keçmiş xalq deputatları Oleq Tsarev və Vladimir Oleynik tərəfindən ayrılır”.

Hazırda bu şəxslərə qarşı bir neçə maddə üzrə cinayət işi açılsa da, onların Moskvada siyasi sığınacaqda olması Ukrayna prokurorluğu üçün əngəl törədib.

Xatırladaq ki, bundan əvvəl Donbass separatçılarının liderlərindən olan Aleksandr Xadarkovski Rusiya “Forbes”inə müsahibəsində bildirmişdi ki, onun fəaliyyətini ukraynalı milyarder Rinat Axmetov maliyyələşdirir.
Diaspora