İnterpolun prezidenti dəyişdi

İnterpolun prezidenti dəyişdi backend

İnterpolun yeni prezidenti seçilib. Qaziler.az-ın məlumatına görə, təşkilatın "Twitter" səhifəsində yerləşdirilən xəbərdə bildirilir ki, İnterpolun yeni sədri Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Hunvey olub.


Yeni prezident İnterpolun İndoneziyada keçirilən 85-ci Baş Assambleyasının sessiyasında seçilib.

M. Hunvey 2012-ci ildən İnterpola rəhbərlik edən fransız xanım Miley Belestrazini əvəz edib.

İnterpolun Rusiya Milli Bürosunun sədri, general-mayor Aleksandr Prokopçuk isə təşkilatın vitse-prezidenti seçilib.