Obama: “Məsələ seçkiləri qazanıb-qazanmamaq deyil“

Obama: “Məsələ seçkiləri qazanıb-qazanmamaq deyil“ backend

ABŞ-ın hazırkı prezidenti Barak Obama seçkilərdə Donald Trampın qələbəsi ilə bağlı açıqlamalar verib.

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Trampı Ağ Evə dəvət etdiyini söyləyən Obama müvəffəqiyyətli keçid olmasını arzu etdiklərini də söylədi.

Seçkilərdə onun da dəstəklədiyi Hillari Klintonun məğlubiyyətinə münasibət bildirən
Obama: "Məsələ bu seçkilərdə qazanıb-qazanmamaq deyil. İstədiyimiz bugünkü nöqtəyə gələ bilməkdi"-dedi.

"Trampı sabah üçün Ağ Evə dəvət etmişəm. Keçid prosesində hər cür dəstəyi verəcəyik. Buş mənə necə dəstək verdisə elə".