PKK terrorçuları Vanda avtobusu atəşə tutub: 4 ölü, 2 yaralı

PKK terrorçuları Vanda avtobusu atəşə tutub: 4 ölü, 2 yaralı backend

PKK terror qruplaşmasının silahlıları Türkiyənin Van vilayətinin Başqala rayonunun İranla sərhəd ərazisində mikroavtobusu atəşə tutub.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 3 kənd qoruyucusu və 1 mülki şəxs həlak olub.
Hücum zamanı daha iki kənd qoruyucusu yaralanıb. Yaralılar Başqala Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Terrorçuların zərərsizləşdirilməsi üçün bölgədə xüsusi əməliyyat başlayıb.