İran İraqın bölgəsəl kürd lideriMəsud Bərzaniyə xəbərdarlıq edib. BakiPost.az xarici mətbuata istinadən xəbər verir ki, Şimali İraqda İran əleyhdarlarını silahlandırdığını iddia edən İran səlahiyyətliləri Məsud Bərzani liderliyindəki İraq Kürd Regional Rəhbərliyini təhdid edib. Məlumata görə, İranın yüksək hərbi müşaviri Yəhya Rəhim Səfəvinin iştirakı ilə təşkil olunan konfransda Səudiyyə Ərəbistanının İrana qarşı yanlış davranışlar sərgilədiyi qeyd olunub.
Konfransda çıxış edən Səfəvi "Bərzani İrana hər zaman minnətdar olduğunu unutmasın. Mənşələri İrana söykənən İraq kürdləri bu tip oyunlar oynamağa davam edərsə, biz onlara verdiyimiz dəstəyi və yardımı kəsəcəyik” deyə qeyd edib.