Suriya ordusu 10 hərbçisini itirib

Suriya ordusu 10 hərbçisini itirib backend

Suriyanın mərkəzində yerləşən Həma əyaləti ərazisində hökumət ordusunun postlarından birinə içərisində mina yerləşdirilmiş avtomaşınla hücum edilib.

SalamNews-un Suriya İnsan Hüquqlarını Müşahidə Qrupuna istinadla verdiyi xəbərə görə, "İslam Dövləti" (İŞİD) terror təşkilatının üzvləri tərəfindən əyalətin Səhl-əl-Qab bölgəsində həyata keçirilən partlayışda ordunun 10 hərbçisi həlak olub, xeyli sayda əsgərin yaralandığı bildirilir.

Hələb əyalətinin Mare şəhərində “ən-Nusra Cəbhəsi” terror qruplaşmasının postunda da partlayış törədilib. Burada içərisində mina yerləşdirilmiş avtomaşının parladılmağı nəticəsində Qruplaşmanın doqquz silahlısı məhv olub.

Bu partlayışın da İŞİD tərəfindən həyata keçirildiyi deyilir.

Suriyada döyüşlər və hərbi əməliyyatlar ötən gün də davam edib.

SANA dövlət agentliyinin məlumatına əsasən, ordu qüvvələri Dəra əyalətinin İnxal və Kəfər-Şəms rayonlarında “ən-Nusra Cəbhəsi”nin dörd texnikasını vurub, Həma əyalətinin Kəfar-Zita və İdlibin dörd bölgəsinə endirilən zərbələrdə onlarla terrorçu məhv edilib.

Qeyd edək ki, hazırda Moskvada Suriya hökumət və müxalifət nümayəndələrinin ikinci məşvərət forumu keçirilir.

Rəsmi Moskva bu toplantıları keçirməklə, tərəfləri sülh danışıqları üçün bir araya gətirmək niyyətindədir.
Diaspora