ABŞ-da seçkilərə bir gün qalmış Demokratlar Partiyasının namizədi Hillari Klinton prezident postu uğrunda mübarizədə rəqibindən bir qədər irəlidədir.
Qaziler.az bildirir ki, "Report"un verdiyi xəbərə görə, bu barədə müxtəlif sorğulara əsaslanan "Fivethirtyeight.com" portalının proqnozunda bildirilir.Məlumata görə, seçicilərin 48,5% Hillari Klinton, 45,4% isə Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləyəcək. Beləliklə, H.Klintonun seçicilərdən 293, D.Tramrın isə 243 səs alacağı etimal edilir. Qələbə üçün namizəd 270 səs yığmalıdır.
Bundan əvvəl ABŞ-ın Federal Təhlükəsizlik İdarəsi bildirib ki, H.Klintonun elektron yazışmasına dair işə xitam verilib.
Xatırladaq ki, ABŞ-da seçkilər noyabrın 8-də keçiriləcək.