Avropanın beş ölkəsi “Türk axını”nda birləşdi

Avropanın beş ölkəsi “Türk axını”nda birləşdi backend

Avropanın beş ölkəsi “Türk axını” qaz kəmərini inşasında iştirak emək niyyətlərini açıqlayıb.

Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Yunanıstan, Serbiya, Makedoniya, Macarıstan və Türkiyə xarici işlər nazirlərinin görüşündə “Türk axını” qaz kəməri layihəsində iştirak etmək arzularını ifadə ediblər.

Görüşdə energetika əməkdaşlığı haqqında bəyannamə də imzalanıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin 2014-cü ilin dekabrında Türkiyə səfərində “Cənub axını” layihəsindən imtina barədə qərar verib. Elə həmin səfərdə Moskva və Ankara Qara dənizin dibi ilə ildə 63 milyard kubmetr qaz nəqlinə imkan verən “Türk axını” kəmərinin inşası barədə razılıq əldə ediblər.
Diaspora