ABŞ-da prezidenti FTB seçir

ABŞ-da prezidenti FTB seçir backend

ABŞ-ın Federal Tədqiqatlar Bürosunun (FBI) yeni açıqlaması Hillari Klintonun yenə Donald Trampı qabaqlamasına səbəb olub. Ötən həftə sonu seçkiyə cəmi 2 gün qalmış FBI-nin rəhbəri Konqresə demokratların namizədi H.Klintonla bağlı yeni sənədlərin araşdırıldığını və ona heç bir ittihamın irəli sürülmədiyini bildirib.Qərb mətbuatı bu bəyanatın rəqiblər arasında yarışın istiqamətini dəyişməsindən yazır.


BBC-nin başlığı belədir: «FBI-nın Klintonu təmizə çıxarması Trampı coşdurdu».

Respublikaçıların namizədi Donal Tramp FBI-nin 650 min e-mail-i qısa müddətə araşdırmasının mümkün olmadığını, fırıldaqçı rejimin Klintonu qoruduğunu bildirib. Dünən, noyabrın 6-da Miçiqanda çıxış edən Tramp “bu, tam fırıldaqçı rejimdir. Hillari Klinton günahkardır. Bunu o özü də bilir, FBI da bilir, xalq da bilir. İndi qərar xalqındır” deyib.

Keçən ayın sonunda FBI demokratların namizədi H.Klintonun dövlət katibi olduğu vaxtlarda dövlət əhəmiyyətli yazışmalarda şəxsi e-mail-indən yararlandığı haqda yeni məlumatların üzə çıxdığını bildirmiş, bu da Klintonun reytinqinin düşməsinə səbəb olmuşdu.

BBC FBI-nin son bəyanatının seçkiyə az qalmış durumu bir o qədər dəyişməyəcəyini, amma seçkidən sonrakı vəziyyətə təsir edəcəyini yazır. Analitik Anthoni Zurçerin fikrincə, FBI-nin daxili məlumatları mətbuata sızdırması həm bu orqanın daxilində, həm də mətbuatda ciddi müzakirələrə səbəb olacaq. Tramp qalib gəlsə, çoxları FBI-nin direktoru Ceyms Komini günahlandıracaq. Klinton qalib gəlsə, bu son enişinə görə hələ uzun müddət qınaqla üzləşəcək.

Klintonun özü FBI direktorunun son bəyanatı haqda bir söz deməsə də, onun təbliğat kampaniyası agentliyin bu nəticəyə gələcəyinə əvvəldən əmin olduğunu bildirib.

«The Washington Post» qəzet iKlintonun bazar günü Klivlenddə seçiciləri qarşısında çıxışından sitat gətirir: “Bu seçkidə çox ümidlərin boşaçıxdığını, hətta qəzəbin olduğunu bilirəm. Bunu görürəm, eşidirəm və bildiyiniz kimi, bu qəzəbin predmetiyəm. Amma qəzəb plan deyil. Qəzəb bizə yeni iş yerləri gətirəsi deyil”.

«The Sydney Morning Herald» qəzeti isə Ceyms Kominin məktubunun səhm bazarını canlandırdığını, investorların təşvişini aradan qaldırdığınıyazır. “Bugünkü gəlirlər investorlara Klinton qalib gələrsə, nəyin baş verəcəyini göstərmiş oldu”.

Hər iki namizəd seçki kampaniyasının son günlərini həm tərəfdarlarının çox olduğu, həm də tərəddüd edən ştatlarda keçirirlər. Bazar günü, adətən, demokratların qalib gəldiyi Minnesota, Nyu-Meksika və Miçiqan ştatlarına səfər edən Donald Tramp Miçiqanda demokratlarıdəstəkləyənləri öz tərəfinə çəkməyə cəhd edib. «Bill və Hillari Klintonların iqtisadi siyasəti Miçiqanın başqa yerlərdən daha artıq boşalmasına səbəb olub. Biz iş yerlərinin Meksikaya, Çinə və dünyanın başqa yerlərinə axmasının qarşısını alacağıq».

Klinton isə kampaniyasının son günlərində də Trampın miqrantların ABŞ-a axınını dayandırmaq vədlərinə qarşı çıxışlar edib. Klivlenddə seçiciləriylə görüşündə Klinton deyib: “Mən hər kəsin özünə yer tapa bildiyi, hamının daxil olduğu Amerika istəyirəm”.Mançesterdə çıxışında isə Klinton “Haqq-hesab zamanıdır, bu seçki birliklə parçalanma arasında seçimdir” deyib.

CNN isə H.Klinton haqda seçkiyə 48 saatdan da az qalmış verilən hökmün artıq gecikdiyini, demokratların kampaniyasına vurulmuş zərbəninöz işini gördüyünü bildirir. D.Tramp-ın təbliğat meneceri Kellyanne Convay CNN-ə müsahibəsində FBI-nin məktubunun vəziyyəti dəyişəcəyinə inanmadığını, qadınların çoxunun, eləcə də tərəfsiz seçicilərin Trampı dəstəklədiyini deyib.

ABŞ–da prezident seçkisi noyabrın 8-də olacaq. (“Azadlıq” radiosunun icmalı)