Mark Zukerberqə qarşı cinayət işi açıldı - O, həbs olunacaq?

Mark Zukerberqə qarşı cinayət işi açıldı - O, həbs olunacaq? backend

Almaniya ədliyyəsi “Facebook”un qurucusu Mark Zukerberq barədə araşdırmalara başlayıb.

Qaziler.az bildirir ki, ATV.az-ın məlumatına görə, Münhen Prokurorluğu tərəfindən açılan cinayət işində Zukerberq və şirkətin digər nümayəndələrinə qarşı bir sıra ittihamlar irəli sürülüb. İttihamlar arasında sosial şəbəkədə edilən cinayət çağırışlarına göz yummaq, cinayət mövzularında olan paylaşımları dərhal silməmək və digər iddialar yer alır.

Qeyd edək ki, bir neçə ay əvvəl Hamburq Prokurorluğunun Zukerberqə qarşı açdığı oxşar cinayət işi nəticəsiz qalmışdı.