“İslam dövləti” terror təşkilatının yaraqlıları Mosul şəhərində İraq hərbçilərinə qarşı terror aktlarının icrası üçün uşaq-kamikadzelər hazırlayıblar.
Bu barədə Oxu.Az “İnterfax” agentliyinə istinadən xəbər verir.Məlumata əsasən, İŞİD azyaşlı terrorçu-kamikadzeləri Mosulun qıraq məhəllələrindəki evlərdə yerləşdirir.
Onlara hərbçilər mənzillərdə təmizlik əməliyyatlarına başlayanda özlərini partlatmaq tapşırılıb.
Həmçinin bildirilir ki, terrorçular Mosulun qərb hissədində dinc əhalidən “canlı qalxan” kimi istifadə etməyi planlaşdırırlar.