HDP-nin digər həmsədri də həbs olundu

HDP-nin digər həmsədri də həbs olundu backend

Dünən axşam saatlarında Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən nəzarətə götürülən Xalqların Demokratikləşmə Partiyasının (HDP) həmsdərləri Səlahəttin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunub.

Qaziler.az ATV.az-a istinadən bildirir ki, Diyarbəkir məhkəməsi onları PKK terror təşkilatının təbliği və ölkədə separatizm meyllərini yaymaqda ittiham edib. Deputatlar haqqında açılan cinayət işləri barədə geniş araşdırmalar davam etdiriləcək.

Dəmirtaşa qarşı irəli sürülən ittihamlar arasında “cinayət törətmək məqsədiylə terror dəstəsi yaratmaq”, “terror qruplaşmasına üzv olmaq”, “terror qruplaşması adına cinayət hadisələri törətmək”, terrorçuluğu təbliğ etmək”, “türk xalqını təhqir etmək” və digər iddialar yer alır.

Qeyd edək ki, ötən gecə 11 şəhərdə aparılan reydlər zamanı həmsədrlərlə yanaşı daha 11 nəfər saxlanılıb.