Türkiyədə kürdyönümlü Xalqların Demokratik Partiyasının (HDP) həmsədrləri Səlahəddin Dəmirtaş və Figen Yüksəkdağ həbs olunub. BakiPost.az-ın Türkiyə KİV-lərinə istinadən məlumatına görə, polis əməkdaşları Dəmirtaşın Diyarbəkirdəki, Yüksəkdağın isə Ankaradakı evinə basqın edib və siyasətçiləri saxlayıb.
F.Yüksəkdağın Yüksekova rayonu Terrorçuluqla Mübarizə İdarəsinə aparıldığı bildirilir.
Məlumata görə, həbs qərarları terrorçuluq fəaliyyətinin istintaqı çərçivəsində Diyarbəkir Prokurorluğu tərəfindən verilib.
S.Dəmirtaş və F.Yüksəkdağdan əlavə, Türkiyə parlamentinin DHP üzvü olan 11 deputat da saxlanılıb. Onların arasında Ziya Pir, Ferhat Encü, Leyla Birlik, Selma Irmak, Abdullah Zeydan, İdris Baluken, Nursel Aydoğan, Gülser Yıldırım və partiya həmsədrinin müavini Sırrı Sürəyya Öndərin olduğu bildirilir.
DHP PKK terror təşkilatını dəstəkləməkdə ittiham edilir.