Türkiyənin keçən ilin 24 noyabrında vurduğu Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun həyat yoldaşı Yelena Peşkova Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşməyə hazır olduğunu bildirib.
Qaziler.az Hürriyet-ə istinadən bildirir ki, Yelena Peşkova "Rossiya 24" TV kanalına açıqlamasında bildirib: "Ailəmiz nə qədər acı çəkərsə çəksin bu görüşə gələcəyik, Moskvada olacağıq".Xatırladaq ki, bir qədər əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Türk F-16"nın vurduğu rus təyyarəsinin ölən pilotunun həyat yoldaşından üzr istəməyə və Türkiyənin öldürülən rus pilotunun arvadına maliyyə yardımı göstərməyə hazır olduğunu bildirmişdi.