Həmkarı Obamaya axmaq deyib, Putinə sığındı

Həmkarı Obamaya axmaq deyib, Putinə sığındı backend

ABŞ Filipinə 26 min piyada tüfəngi satışını nəzərdə tutan müqavilənin icrasını qeyri-müəyyən vaxtadək təxirə salıb.

BakiPost.az xəbər verir ki, ABŞ-ın bu addımını müqavilənin ləğvi kimi dəyərləndirən Filippin prezidenti Rodriqo Duterte qəzəblənib. O, ABŞ rəhbərliyindəki şəxsləri "axmaqlar və meymunlar” adlandıraraq silah üçün Çin və Rusiyaya müraciət edəcəyini deyib: "Siz bir meymunlara baxın, 26 min tüfəng almaq istədik, satmaq istəmirlər. Bizim öz istehsal etdiyimiz silahlar da var. Bu amerikalılar çox axmaqdırlar! Çin, eləcə də, Rusiya Filippinə silah satışında maraqlıdırlar. Bizi danışıqlara dəvət edirlər. Çin hər bir şərtə razı olduğunu bildirir. Hətta mənə istədiyim silahı seçmək üçün broşüra da göndəriblər”.