Fransada daha 4 məscid bağlandı

Fransada daha 4 məscid bağlandı backend

Fransada 4 məscidin bağlaması qərarı alınıb. Bakipost.az xarici mətbuata istinadən xəbər verir ki, Fransa Daxili İşlər naziri Bernard Cazeneuve 4 məsciddə Respublika dəyərlərinə zidd radikal ideologiyanın yayılmasını iddia edərək, həmin məscidlərin bağlanması üçün təlimat verib.


Nazir bu mövzuda verdiyi açıqlamada "Cəmiyyətin təhlükəsizliyini təhdid etdiyi üçün və Respublika dəyərlərinə zidd olan radikal ideologiya təbliğ olunduğu üçün les Yvelines, ən Seine-Saint-Denis və le Val-de-Marne şəhərlərindəki məscidlərin bağlanılmasını tələb etmişəm”- deyə qeyd edib.

Fransalı nazir Fransa konstitusiyasında yer alan 8-ci maddəni əsas gətirərək şiddət, nifrət, və terroru dəstəkləyən heç bir ibadət yerinin Fransada açıq qalmayacağını bildirib.

Qeyd edək ki, 20015-ci ildən artıq 20-ci ibadət yerləri belə bəhanələrlə bağlanılıb.