Oğru cinayət yerində yuxulayıb, onu görən pişik səs salaraq sahiblərini yuxudan oyadıb.
Rusiyanın Kuzbas vilayətində baş verən bu hadisə zamanı ağıllı pişiklərinin koməyilə hadisədən xəbər tutan evin sahibləri polisə oğurluqla bağlı müraciət ediblər.Qaziler.az saytının “Arqumentı i faktı” ya istinadən bildirdiyinə görə ev sahibləri asayiş keşikçilərini evin girişində qarşılayaraq mənzildə naməlum kişinin yatdığını bildiriblər. Onlar bu barədə evdəki pişiyin ucadan miyoldamasından sonra xəbər tutublar. Polis bəxtsiz oğrunu elə cinayət yerində yaxalayıb. O, 40 yaşlı, əvvəllər məhkumluq həyatı yaşayan Rusiya vətəndaşıdır. Cinayətkar evdən oğurladığı əşyaları yığdığı çantanın üstündəcə yuxulayıb.
Məlum olub ki, birinci mərtəbədə yerləşən mənzilə pəncərədən keçməklə daxil olan oğru evdən qiymətli əşyalar, o cümlədən paltar, noutbuk, qab – qacaq, mobil telefon götürübmüş. Ancaq talesiz oğru mənzildən çıxmayıb və yatıb qalıb.