Əsəd postundan gedəcəyi tarixi açıqladı - İRANIN QOYDUĞU VAXT

Əsəd postundan gedəcəyi tarixi açıqladı - İRANIN QOYDUĞU VAXT backend

Bəşər Əsəd prezident postundan gedəcəyi tarixi açıqlayıb. APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, Suriyanın dövlət başçısı bunu "New York Times"a müsahibəsində deyib.

Əsəd postunu 2021-ci ildə tərk edəcəyini bildirib və hər hansı bir qüvvənin Suriyada müharibə yolu ilə uğur qazana bilməyəcəyini iddia edib.

Xatırladaq ki, İranın ali dini rəhbəri Xamneyinin baş müşaviri Əli Əkbər Vilayəti də təxminən 6 ay əvvəl verdiyi açıqlamada Bəşər Əsədin 2021-ci ilə qədər dövlətin başında qalmasının vacibliyini bildirmişdi.