İranda 131 il hakimiyyət sürmüş Türk Qacar sülaləsinin son şahzadəsi Babək Mirzə və həyat yoldaşı İstanbula gəliblər. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Atatürk hava limanında mediaya açıqlama verən Babək Mirzə bu səfərin Türkiyəyə ilk olmadığını deyib.
"Mən əvvələr də Türkiyəyə gəlmişəm. Bura mənim ikinci vətənimdir. Türkiyəyə səfərə gəldiyim üçün xoşbəxtəm. Səfərimdə heç bir siyasi məqsəd yoxdur. Türkiyə ilə İran qardaş ölkələrdir. Biz bunu sübut etmək üçün İstanbula gəldik. Əminəm ki, Türkiyə ilə İran daha da yaxınlaşcaq və bərabər yol gedəcəklər".İstanbulda 3-4 gün qalacağını vurğulayan şahzadə xanımı ilə gəzmək arzusunda olduqlarını bildirib.
"Bir neçə gün qalacağıq. Tarixi yerləri gəzəcəyik. Mənim həyat yoldaşım türkiyəlidir".
Şahzadə bəzi görüşlər keçirəcəyini istisna etməyib.