Çin ordusu bu vaxtadək gizli saxladıqları, dünyanın ən güclü döyüş təyyarələrindən birini ictimaiyyətə təqdim edib.
ATV.az-ın məlumatına görə, Çjuxay şəhərində keçirilən avia-şouda "J-20" qırıcılarından ikisi 60 saniyəlik uçuş gerçəkləşdirib. Radara düşməyən bu döyüş təyyarələrinin taktiki-texniki xüsusiyyətləri açıqlanmır.5 il əvvəl istehsal edilən "Ruh" qırıcılarının 2018-ci ildə ordunun istifadəsinə veriləcəyi gözlənilir. 5-ci nəsil "J-20" döyüş təyyarəsi Çin ordusunun son illər gerçəkləşdirdiyi uğurlu layihələrdən biridir.