Hindistan-Pakistan sərhədində atışma olub, 12 nəfər ölüb

Hindistan-Pakistan sərhədində atışma olub, 12 nəfər ölüb backend

Hindistanla Pakistan sərhədinddə sərhədçilər arasında baş verən atışma nəticəsində azı 12 nəfər ölüb.

“Report” TASS-a istinadən xəbər verir ki, hadisə son sutkada Cammu və Kəşmir bölgəsində baş verib.

Məlumata görə, Hindistan tərəfi baş verən atışma nəticəsində bölgədə 7 dinc sakinin öldüyünü açıqlayıb.

Pakistan ordusunun mətbuat xidmətiisə bildirib ki, Hindistan tərəfdən açılan atəş nəticəsində 4 dinc sakin ölüb, 6-sı isə yaralanıb.