Respublika günü ilə bağlı bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğannın təşkil etdiyi ziyafətə İbrahim Tatlısəs qatılmayacaq.
Politika.Az xəbər verir ki, Instagramda Türk bayrağı fotoşəkili paylaşan məşhur türk müğənnisi İbo bu sözləri yazıb."Respublikamızın 93 ili müqəddəs olsun. Türkiyə Respublikasının qurulmasında və möhkəmləndirib bu günlərə gətirən, canını vətənə qurban verən şəhidlərimizi hörmətlə xatırlayıram".
İbrahim Tatlıses Ərdoğan və onun həyat yoldaşındanda üzr istəyib:
"Başda Hörmətli Cumhurbaşkanımızdan, həyat yoldaşından üzr diləyirəm. Allah sizləri başımızdan əskik etməsin, xainlərə fürsət verməsin, Respublikamızın gözəl bayramlarını hər zaman yüksək şəkildə qeyd edək, inşallah".
İbrahim Tatlısəs tədbirə niyə qatılmamağının səbəbini də açıqlayıb:
"Bir az ağır qrip xəstəliyi keçirirəm. Bunun üçün özümü yaxşı hiss etmirəm".(unikal.org)