Üsyançılar hücuma keçdi - Hələbdə döyüşlər şiddətlənir

Üsyançılar hücuma keçdi - Hələbdə döyüşlər şiddətlənir backend

Suriyanın Hələb şəhərində üsyançılar hökumət qüvvələrinin mühasirəsini yarmaq üçün böyük qüvvə ilə əməliyyatlara başlayıb.

ATV.az-ın məlumatına görə, ölkənin ikinci böyük şəhərindəki Nayrab aviabazası "Qrad" raketləri ilə müntəzəm atəşə tutulub. Hücumda bütün üsyançı qruplaşmaların iştirak etdiyi bildirilir.

Lazqiyyədə, Rusiya əsgərlərinin olduğu Hmeymim aviabazası ətrafında da toqquşmaların baş verdiyi, üsyançıların qumbaraatanlar və minaatanlarla irəliləməyə çalışdığı gələn məlumatlar arasındadır.