Ukrayna Prezidenti Petro Poroşenkonun gəlirləri 2014-cü ildə 368 milyon qrivnanı (23,44 qrivna/1 dollar) üstələyib.
Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata əsasən, ötən il Prezidentin məcmu gəlirləri 368 943 679 qrivna, ailə üzvlərinin isə 36 min qrivna təşkil edib.P.Poroşenko ötən il 18 milyon qrivna vergi ödəyib, xeyriyyə proqramlarına çəkilən xərclər isə 123 milyon qrivnanı üstələyib.